“Tottenhem”in hücumçusu Harri Keyn daha bir klubun maraq dairəsinə düşüb.
Apasport.az saytının “sport-express.ru”ya istinadən məlumatına görə, ulduz futbolçu karyerasını “Real”da davam etdirə bilər.
“Kral klubu” Dortmund “Borussiya”sının forvardı Erlinq Halandla danışıqların uğursuz nəticələnmə ehtimalını nəzərə alaraq, İngiltərə millisinin üzvü ilə danışıqlara başlayıb. Harri özü də müntəzəm Çempionlar Liqasında çıxış edən klubda oynamaq arzusundadır. Bu üzdən mövsümün sonunda komandasını dəyişməyi planlaşdırır.
Qeyd edək ki, Keyn bu mövsüm Premyer Liqada 29 oyun keçirib, 12 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.