“Real” İspaniya millisinin üzvünü istəyir
24.02.2022 - 11:01
“Real” İspaniya millisinin üzvünü istəyir

“Napoli”nin yarımmüdafiəçisi Fabian Ruiz yenidən İspaniya La Liqasında çıxış edə bilər.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı orta sahə oyunçusu “Real”ın maraq dairəsinə düşüb.

“Kral klubu”nun baş məşqçisi Karlo Ançelotti “Betis”in yetirməsi olan İspaniya millisinin üzvünü sərəncamında görmək istəyir. Ruiz ölkəsinə qayıtmaq arzusunda olduğundan, “Napoli” ilə yeni müqavilə məsələsində danışıqları dondurub.

Qeyd edək ki, Fabian Ruiz bu mövsüm A seriyasında 21 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə verib.