İspaniya La Liqasının XXV turunda "Levante"yə məğlub olan "Real" (0:1) bir futbolçusunu itirib.
Apasport.az saytının məlumatına görə, hücumçu Eden Azar yenidən sıradan çıxıb.
Zədəsini yenicə sağaldan Belçika millisinin üzvü eyni yerdən xəsarət alıb. Matçın 67-ci dəqiqəsində zədələnərək əvəzlənən futbolçunun sağalma prosesinin müddəti barədə məlumat verilməsə də, Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" və La Liqanın XXVI turunda "Barselona" ilə qarşılaşmanı buraxacağı dəqiqdir.
Qeyd edək ki, "Real" fevralın 26-da "Mançester Siti"ni qəbul edəcək. "El Klasiko" isə martın 1-də olacaq.
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”