“Real” qışda futbolçu almayacaq
01.12.2021 - 23:15
“Real” qışda futbolçu almayacaq

İspaniyanın “Real” klubu qış transfer pəncərəsində futbolçu almayacaq.

Apasport.az saytının məlumatına görə, bunu Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti açıqlayıb.

O bildirib ki, heyətə yeni oyunçunun qatılması nəzərdə tutulmayıb: “Biz qışda heyətə yeni oyunçunun cəlb edilməsini planlaşdırmırıq. Amma “Real”ın futbolçularından hansınınsa komandadan gedəcəyi istisna etmirəm”.

Qeyd edək ki, La Liqanın 14 turunda 35 xal toplayan “Real” çempionatın lideridir.