İspaniya Kral Kubokunun 1/16 final mərhələsində "Unionistas" üzərində 3:1 hesablı qələbə qazanan "Real" əvəzində itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, hücumçu Qaret Beyl zədələnib.
Start heyətində meydana daxil olan və hesabı açan uelsli futbolçu 53-cü dəqiqədə zədələnərək əvəzlənib. Baş məşqçi Zinəddin Zidan 31 yaşlı oyunçunun yenidən zədələnməsinə münasibət bildirib. O, Uels millisinin kapitanının durumuna tibbi müayinədən sonra aydınlıq gələcəyini söyləyib. Ancaq ilkin ehtimala görə, Beylin zədəsi ciddi deyil.
Qeyd edək ki, "Real" növbəti oyununu La Liqanın növbəti turu çərçivəsində yanvarın 26-da "Valyadolid"ə qarşı keçirəcək.