"Real" yeni transferini təqdim edir
17.02.2020 - 22:10
"Real" yeni transferi Reynyeri ictimaiyyətə təqdim edəcək.
Apasport.az saytının məlumatına görə, bununla bağlı sabah tədbir keçiriləcək.
Rəsmi təqdimat mərasimi Bakı vaxtı ilə 16:30-da başlayacaq. Dünən Madridə yollanan və komandanın "Selta" ilə La Liqa çərçivəsində keçirdiyi matçı (2:2) izləyən 18 yaşlı yarımmüdafiəçi 6,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, bu transferə görə, "Real" "Flamenqo"ya 30 milyon avro ödəyib.
0
0