Əfsanəvi ingiltərəli futbolçu Devid Bekhem maraqlı açıqlama ilə gündəmə gəlib.
Apasport.az saytının məlumatına görə, sabiq yarımmüdafiəçi 2003-cü ildə "Real"a keçməzdən əvvəl klubu "Mançester Yunayted"in "Barselona" ilə anlaşdığını söyləyib.
O, buna görə tətilini yarımçıq qoyduğunu və "Real"a keçmək üçün Londona qayıtdığını vurğulayıb: "ABŞ-da Viktoriya ilə istirahətdə idim. Satılacağımla bağlı xəbərlər eşitmişdim. Bir jurnalist dostum mənə zəng vurdu və "Mançester Yunayted"in "Barselona" ilə anlaşdığını dedi. Nələrin baş verdiyini öyrənmək üçün dərhal Londona qayıtdım. Menecerimlə danışdım və dedim ki, "Mançester Yunayted"dən ayrılacağamsa, yalnız "Real"a gedəcəyəm. Ardından Florentino Pereslə görüşüb anlaşdıq".
Qeyd edək ki, karyerası ərzində "Mançester Yunayted", "Real", "Milan" və PSJ kimi klubların formasını geyinmiş Devid Bekhem hazırda ABŞ təmsilçisi "İnter Mayami"nin sahibidir.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı