"Real"da itki - Kurtua sıradan çıxdı
09.03.2020 - 13:05
"Real" əsas qapıçısı Tibo Kurtuanı itirib.
Apasport.az saytının məlumatına görə, belçikalı qolkiper La Liqanın XXVII turunda "Betis"lə səfər matçında zədələnib.
Qarşılaşmadan sonra tibbi müayinədən keçən Kurtuanın qasıq nahiyəsində zədə aşkarlanıb. Onun nə zaman sağalacağı barədə məlumat verilməsə də, komandanın bir neçə oyununu buraxa bilər.
Qeyd edək ki, "Betis" - "Real" oyunu ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
0
0