“Real”dan Mbappeyə 25 milyonluq maaş
12.03.2022 - 10:21
Kilian Mbappenin “Real”la müqavilə bağlayacağı vaxt bəlli olub.
Apasport.az saytının məlumatına görə, Fransa millisinin və PSJ-nin hücumçusu gələn həftə anlaşmanı imzalayacaq.
Yaxın bir neçə gündə yekunlaşacaq danışıqlar martın 18-dək başa çatacaq. Tərəflər anlaşmanı yalnız mövsümün sonunda rəsmən açıqlayacaqları barədə razılıq da əldə edib.
Kilian yeni klubuna azad agent statusu ilə keçdiyi üçün 60-80 milyon avro bonus alacaq. Onun illik maaşı 25 milyon təşkil edəcək.
Qeyd edək ki, Mbappe mövsümün 35 matçında 25 qola imza atıb.
0
0