İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan komandadan ayrılmaq fikrinə düşüb.
Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis mövsümün sonunda istefa vermək istədiyini rəhbərliyə çatdırıb.
48 yaşlı çalışdırıcı uğur qazansalar belə, qərarını dəyişməyəcəyini deyib. Həmçinin klub prezidenti Florentino Peres də onu fikrindən daşındırmağa çalışmayacaq. Zidanın bu addımına səbəb mövsümün əvvəlində istədiyi futbolçuların transfer edilməməsidir.
Qeyd edək ki, 2016-cı ildən “Real”a rəhbərlik edən Zinəddin Zidan 2018-ci ilin mayında istefa versə də, 11 ay sonra yenidən postuna qaytarılıb. Onun müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”