Çempionlar Liqasının (ÇL) qrup mərhələsində Donetsk “Şaxtyor”u ilə (2:1) qarşılaşmada dubl edən Kərim Benzema “kral klubu”nun bu turnirdə 1000-ci qolunun müəllifi olub.
Apasport.az saytının məlumatına görə, madridlilər ÇL-də 1000 top həddinə çatan ilk klub kimi tarixə düşüb.
İspaniya mətbuatı “Real”ın qitənin ən nüfuzlu klub turnirindəki yubiley qollarının müəllifini yayıb. Miguel Munyozdan Benzemaya qədər tarixə düşən simalar bunlardır:
Miguel Munyoz (İspaniya) – 1-ci qol
Alfredo di Stefano (Argentina) - 100
Ferens Puşkáş (Macarıstan) - 200
Henninq Yensen (Danimarka) - 300
Sebastyan Losada (İspaniya) - 400
Quti Ernandes (İspaniya) - 500
Devid Bekhem (İngiltərə) - 600
Qonsalo İquain (Argentina) - 700
Kriştiano Ronaldo (Portuqaliya) - 800
Kriştiano Ronaldo (Portuqaliya) - 900
Kərim Benzema (Fransa) - 1000