“Real”ın futbolçusu “Arsenal”ın hədəfində
07.04.2022 - 18:00
“Real”ın futbolçusu Marko Asensio karyerasını İngiltərədə davam edə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin xidmətində “Arsenal” maraqlıdır.
“Real” da oyunçusunu satmağa razıdır. Asensionu transfer etməkdə “Arsenal”ın yeganə rəqibi “Milan”dır.
Qeyd edək ki, Asensionun madridlilərlə müqaviləsi 2023-cü ildə başa çatacaq.
0
0