"Real"ın futbolçusunu söydü - Serxio Ramos
08.02.2020 - 11:42
"Real"ın futbolçusunu söydü - Serxio Ramos

İspaniya Kral Kubokunun 1/4 final mərhələsində keçirilən "Real" - "Real Sosyedad" matçında xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, "kral klubu"nun kapitanı Serxio Ramosun nalayiq ifadə işlətdiyi müəyyənləşib.

Epizodların birində "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Edeqor təcrübəli müdafiəçiyə qarşı kobud oynayıb. Buna dözməyən Ramos onun səsləyərək, ağır təhqir işlədib. "Real Sosyedad"ın 4:3 hesabı ilə qalib gəldiyi görüşdə Edeqor 1 qola imza atıb.

Qeyd edək ki, Martin Edeqor müqavilə ilə "Real"a məxsusdur və "Real Sosyedad"da icarə əsasında çıxış edir.