“Real”ın yarımmüdafiəçisi İsko müqaviləsinin sonuna qədər komandasında qalacaq.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu qış transfer dönəmində digər təkliflərə nəzər yetirməyəcək.
“Kral klubu” onunla yeni sözləşmə imzalamaq fikrində deyil və hətta 30 yaşlı oyunçuya bir neçə dəfə başqa komandaya keçməyi təklif edib. Ancaq İspaniya millisinin üzvü bütün təklifləri rədd edib. Orta sahə oyunçusu az şans əldə etməsinə baxmayaraq, mövsümün sonuna qədər “Real”da qalacağını açıqlayıb.
Qeyd edək ki, “Real”la anlaşması iyunun 30-nə qədər olan İsko bu mövsüm cəmi 10 matçda 198 dəqiqə meydanda olub.