“Real”ın hücumçusu Luka Yoviç komandasını dəyişməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, Serbiya millisinin üzvü “kral klubu”ndakı durumundan məmnun deyil.
Meneceri 23 yaşlı forvardın qış fasiləsində Madrid təmsilçisindən ayrılması üzərində çalışmaya başlayıb. Yoviçin karyerasını davam etdirmək ehtimalı olan klublar hələlik “Yuventus” və “İnter”dir. Milan klubu futbolçunun icarəyə götürülməsi üçün artıq meneceri ilə danışıqlara başlayıb. “Vest Hem” və “Arsenal”ın da diqqətdə saxladığı forvard özü İtaliyaya köçmək istəyir.
Qeyd edək ki, Luka Yoviç bu mövsüm La Liqada 5 oyun keçirib, 1 assist edib.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər