“Real”ın qapıçısı komandadan gedir
11.01.2022 - 17:27
“Real”ın qapıçısı komandadan gedir

“Real”ın qapıçısı Andrey Lunin karyerasını Niderlandda davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Ayaks” ukraynalı qolkiperin xidmətində maraqlıdır.

Amsterdam təmsilçisi Lunini icarəyə götürməyi planlaşdırır. Madrid klubu bu keçidin əleyhinə olmayacaq. Lunin “Ayaks”da “İnter”ə keçəcək Andre Onananı əvəz etməlidir. Qapıçının istedadına güvənən “Real” Andreyi oyun praktikası qazanması şərtilə “Ayaks”a buraxacaq.

Qeyd edək ki, Lunin cari mövsümdə “Real”da 1 oyun keçirib.