“Real”ın əfsanə “beşliy”i
03.12.2021 - 11:09
“Real”ın əfsanə “beşliy”i

“Real”ın futbolçusu Toni Kross klub tarixinin əfsanəvi “beşliy”ini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, almaniyalı yarımmüdafiəçi 5x5 oyunu üçün ideal heyət qurub.

Kroos qapıda İker Kasilyası görür. O, müdafiəni Roberto Karlosa həvalə edib.

Yarımmüdafiədə Uli Ştilike və Zinəddin Zidan yer alıb. Kroos hücumda Raulu əvəzolunmaz hesab edib.

Qeyd edək ki, Toni cari mövsümün 8 oyununda 1 qol və 2 assistə imza atıb.