İspaniya Superkubokunun finalında “Atletik” üzərində 2:0 hesablı qələbə “Real”ın kapitanı Marselo üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçi “kral klubu”nun heyətində 23-cü titulunu qazanıb.
Bununla Marselo madridlilərlə ən çox titul əldə edən Pako Gentoya çataraq, rekorda şərik olub. 34 yaşlı müdafiəçi mövsümün əvvəlində PSJ-yə üz tutan Serxio Ramosu geridə qoyub.
“Real” tarixinin ən çox titul qazanan futbolçularının hazırlandığı siyahıda komandanın formasını geyinən iki oyunçu yer alır. Finalda qol vuran Kərim Benzema “Real”ın forması altında 20-ci dəfə başı üzərinə kubok qaldırıb.
1-2. Mascelo - 23 çempionluq
Pako Gento - 23
3-4. Serxio Ramos - 22
Manolo Sançis - 22
5. Kərim Benzema - 20
6-8. İker Kasilyas - 19
Xose Antonio Kamaço - 19
Çendo – 19.