“Mançester Siti”nin hücumçusu Rahim Sterlinqin durumu qeyri-müəyyən olaraq qalır.
Apasport.az saytının məlumatına görə, İngiltərə Premyer Liqasının XXV turunda “Tottenhem”lə qarşılaşmada zədələnən 26 yaşlı futbolçu artıq bərpa prosesinə başlayıb.
İngiltərə millisinin üzvünün Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”la keçiriləcək ilk matçdakı iştirakı sual altındadır. Klubun həkimləri Sterlinqin həmin qarşılaşmaya qədər sıraya dönəcəyini proqnozlaşdırırlar.
Qeyd edək ki, “Real”la “Mançester Siti” arasında ilk oyun fevralın 26-da Madriddə, cavab görüşü isə martın 17-də Mançesterdə keçiriləcək.