“Roma” Cakadan əl çəkmir
25.02.2022 - 22:54
“Arsenal”ın futbolçusu Qranit Caka karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə. yarımmüdafiəçi “Roma”nın hədəfindədir.
A seriyası təmsilçisi 29 yaşlı isveçrəlini hələ ötən ilin yayında transfer etmək istəyirdi. Futbolçunun özü ilə razılığa gələn romalıların 15 milyon avroluq təklifi “Arsenal”ı qane etməmişdi.
Cakanın keçidindən əl çəkmək istəməyən italiyalılar mövsümün sonunda yenidən London klubunun “qapısını döyəcək”. Onun “topçular”la anlaşması 2024-cü ildə başa çatacaq.
Qeyd edək ki, Qranit cari mövsümün 16 matçında 1 assistə imza atıb.
0
0