“Roma” serbiyalı qapıçı gətirir
06.03.2022 - 00:48
“Roma” serbiyalı qapıçı gətirir

“Roma” heyətinə yeni qapıçı qatmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu Mile Sviların xidmətində maraqlıdır.

Qolkiper mövsümün sonunda “Benfika”dan ayrılmaq barədə qərar qəbul edib. Müqaviləsi yayda başa çatacaq Svilar azad agent statusuna malik olacaq. İtaliya təmsilçisi də onu xərcə düşmədən ələ keçirmək imkanından yararlanmaq fikrindədir. 

22 yaşlı serbiyalı romalılarla danışıqlara başlayıb. Tərəflər 4+1 illik müqavilə imzalamağa yaxındır.

Qeyd edək ki, Mile cari mövsüm 11 oyunda 12 top buraxıb.