"Ronaldo əsl pislik idi" - sabiq "Milan"lı
29.03.2020 - 12:11
"Ronaldo əsl pislik idi" - sabiq "Milan"lı

İtaliya millisinin keçmiş futbolçusu Alessandro Kostakurta maraqlı açıqlama ilə diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, sabiq "Milan"lı braziliyalı Ronaldonun ünvanına tərif yağdırıb.

54 yaşlı mütəxəssis yalnız "yekədiş"in indiki futbola uyğunlaşa biləcəyini düşünür: "Məni, Kannavaronu, Nestanı, Maldinini meydanda həmişə çarəsiz qoyurdu, bizimlə əylənirdi. Ronaldo əsl pislik idi. Bizim dönəmimizdən müasir futbola ayaq uydura biləcək yeganə futbolçu idi".

Qeyd edək ki, karyerası ərzində yalnız "Milan"ın formasını geyinən Alessandro Kostakurta 700-ə yaxın rəsmi görüşdə iştirak edib.