“Ronaldonun bir hədəfi var - “Qızıl top”u Messidən çox qazanmaq”
27.11.2021 - 17:51
“Ronaldonun bir hədəfi var - “Qızıl top”u Messidən çox qazanmaq”

“France Football” jurnalının baş redaktoru Paskal Ferre “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo ilə PSJ-nin ön xətt oyunçusu Lionel Messini müqayisə edib.

Apasport.az saytının məlumatına görə, o, iki superulduz arasında “Qızıl top” uğrunda mübarizədən danışıb.

Ferrenin fikrincə, Ronaldonun ən böyük arzusu bu yarışda Leonu qabaqlamaqdır: “Bəlkə də, Messi ilə Ronaldo arasındakı rəqabət “Qızıl top”u ən çox kimin alacağı ilə bağlıdır. Bu mübarizə onların daha da böyüməsinə kömək oldu. Ronaldonun yalnız bir hədəfi var - Messidən daha çox “Qızıl top” qazanaraq karyerasını bitirmək. Bu barədə mənə özü danışıb. Lionel və Kriştianonun statistikasına nəzər yetirsəniz, görərsiniz ki, onlar sentyabr və oktyabrda səsvermə gedəndə həmişə çox qol vururlar. Bu, təsadüf deyil”.

Qeyd edək ki, Messi 6, Ronaldo isə 5 dəfə “Qızıl top”u qazanıb.