“Rəqiblərə qorxu hissini qaytardın” – Evradan Ronaldoya
14.09.2021 - 11:23
Kriştiano Ronaldonun “Mançester Yunayted”ə qayıdışına klubun sabiq futbolçusu Patris Evra da biganə qalmayıb.
Apasport.az saytının məlumatına görə, sabiq müdafiəçi portuqaliyalı hücumçunun dönüşünə sevincini instaqram paylaşımı ilə nümayiş etdirib.
Evra rəqiblərin Ronaldolu “Mançester Yunayted”ə fərqli yanaşacağını düşünür: “Kriştiano, sən komandamızla oynayacaq rəqiblərə qorxu və bizə qarşı hörmət hissi qaytardın”.
Qeyd edək ki, 2006-2014-cü illərdə “Mançester Yunayted”də oynayan Patris 2006-2009-cu illərdə Ronaldo ilə çiyin-çiyinə çıxış edib.
0
0