"Rəqiblərin hamısı ilə oynamaq olar" - Elxan Məmmədov
03.03.2020 - 22:27
"Rəqiblərin hamısı ilə oynamaq olar" - Elxan Məmmədov

"Düşünürəm ki, eyni səviyyədə komandalardır".

Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov "CBC Sport" kanalına deyib.

Qurum rəsmisi Amsterdamda keçirilən UEFA Millətlər Liqasında 2020-21 mövsümünün püşkünün nəticəsini dəyərləndirib.

Məmmədov C liqasının 1-ci qrupunda qərarlaşan yığmamızın Lüksemburq, Kipr və Monteneqroya rəqib olmasına münasibət bildirib: "Monteneqronu fərqləndirmək olar. Bir qədər güclü komandadır. Ümumilikdə bütün rəqiblər bizim səviyyəmizdə olan komandalardır. Yaxşı mübarizə olacaq. Onların hamısı ilə oynamaq olar".