“Bizə indiyə qədər hansısa azərbaycanlı futbolçu təklif olunmayıb”.
Apasport.az saytının məlumatına görə, bunu “Fatih Karagümrük” klubunun prezidenti Süleyman Hurma deyib.
Hurma “CBC Sport” telekanalında yayımlanan “Türkiyədən futbol” verilişinə açıqlamasında vaxtilə “Kayserispor”da çalışarkən həmin komandaya transferini gerçəkləşdirdiyi “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovu xüsusi yada salıb.
Super Liqa klubunun rəhbəri 17 il əvvəl tanış olduğu Sadıqov barədə müsbət fikirlər səsləndirib: “Rəşad Sadıqov çox yaxşı futbolçu idi. Onu çox sevirəm. Vaxtilə klubumuzda yaxşı işlər gördü. Adam kimi gəldi, adam kimi getdi. Ona baş məşqçilik karyerasında uğurlar arzulayıram”.
Qeyd edək ki, Rəşad Sadıqov 2005/06 mövsümündə Türkiyədə “Kayserispor”un formasını geyinib.