“Çətin oyun oldu. Məncə, yaxşı oynadıq. Ancaq vacib olan qələbə qazanmaq idi ki, bunu bacarmadıq”.
Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan milli komandasının üzvü Vassoura deyib.
O, DÇ-2020-nin seçmə mərhələsinin elit-raundunun Xorvatiya ilə matçını dəyərləndirib. Futzalçı 0:2 hesablı məğlubiyyətə şərh verib: “İlk oyunlarda hər zaman stress, əsəb gərginliyi olur. Rəqibimiz doğma meydanda çıxış edirdi. Bu da onlarda özünəinam yaratmışdı. Bizim də qapı istiqamətinə çoxlu zərbələrimiz oldu. Təəssüf ki, hədəfə düşə bilmədik. Hətta qapı dirəyini də nişan aldıq”.
Millinin üzvü azarkeşləri ümidini itirməməyə çağırıb: “Rusiya millisi növbəti rəqibimiz olacaq. Onlar güclü olsalar da, yenilməz deyillər. Rəqibimizə hörmət edirik. Ancaq öz oyunumuzu oynamağa, rəqibin zəif tərəflərindən xeyrimizə istifadə etməyə çalışacağıq. Təbii ki, idman xoşbəxtliyinin də tərəfimizdə olması vacibdir”.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı