"Sabah" "Rux"un qapıçısı ilə müqavilə imzaladı
19.01.2022 - 22:35
"Sabah" "Rux"un qapıçısı ilə müqavilə imzaladı

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, belaruslu qapıçı Aleksandr Neçayev bundan sonra Bakı təmsilçisinin uğurları üçün çalışacaq.

27 yaşlı qolkiperlə müqavilə müddəti 1,5 ildir. Neçayev karyerası ərzində Belarusun “Dinamo” (Brest, 2014-2016), “Atlant” (Kobrin, 2015/16), “Lida” (2016/17) və “Rux” (2017-2022) komandalarında çıxış edib.