"Sabah" 33 yaşlı braziliyalı gətirdi
03.02.2022 - 20:48
"Sabah" 33 yaşlı braziliyalı gətirdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan apasport.az saytına verilən məlumata görə, Kristian da Silva Fil bundan sonra Bakı təmsilçisinin uğurları üçün çalışacaq.

33 yaşlı braziliyalı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə bağlanıb.

Kristian karyerası ərzində Braziliyanın “Tuna Luso”, “Anapolis”, Kiprin APOEL, Rumıniyanın ÇFR, Portuqaliyanın “Nasional”, “Pasuş de Ferreyra”, “Feyrense”, “Kaza Pia” klublarında çıxış edib. Braziliyalı futbolçunun son klubu Portuqaliya “Koimbra”sı olub.

Yeni transferi "Sabah"da 15 nömrəli formada çıxış edəcək.