“Sabah” sabahı fikirləşir
15.03.2022 - 17:27
“Sabah” sabahı fikirləşir

Növbəti mövsümün planlarını cızmağa başlayan “Sabah”da daha iki futbolçu ilə bağlı qərar verilib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Bakı klubu iki yerli oyunçu ilə yeni müqavilə imzalamaq niyyətindədir.

Söhbət müdafiəçi Bəxtiyar Həsənalızadə və yarımmüdafiəçi Elvin Camalovdan gedir. Baş məşqçi Murad Musayev adıçəkilən futbolçuların xidmətində maraqlı olduğundan, onlarla yeni müqavilə ilə bağlı danışıqlara başlanılıb. Həm Bəxtiyar, həm də Elvin böyük ehtimalla növbəti mövsümü də “Sabah”ın heyətində keçirəcək.

Qeyd edək ki, 30 yaşlı Bəxtiyar Həsənalızadənin hazırkı müqaviləsi mövsümün sonuna, 27 yaşlı Elvin Camalovun sözləşməsi isə gələn ilin yayına qədərdir.

0