“Şkuletiç özü klub rəhbərliyi ilə görüşdü və şəxsi səbəblərdən ayrılmaq istədiyini bildirdi. Rəhbərlik də bunu anlayışla qarşıladı”.
Bunu apasport.az saytına “Sabah”ın mətbuat xidmətinin rəhbərli Elnur Həmidov hücumçu Petar Şkuletiçin komandadan ayrılmasına münasibət bildirərkən deyib.
Klub rəsmisi sentyabrda 2 illik müqavilə bağlayan Serbiya millisinin sabiq üzvünün burada olduğu qısa müddətdə özünü yalnız hiss etmədiyini söyləyib: “Konkret səbəbin nə olduğunu bilmirəm. Təbii ki, futbolçu özü getmək istədiyindən, ona heç bir təzminat verilmədi. Komanda daxilində heç bir problem olmayıb. İlk növbədə ona görə ki, özünü tək hiss eləmirdi. Çünki heyətimizdə serbiyalı, xorvatiyalı futbolçular var. Komanda yoldaşları da onun xətrini çox istəyirdi. Üstəlik, Şkuletiç rusca çox yaxşı danışa bilirdi və türkcə də başa düşürdü”.
Həmidov 31 yaşlı oyunçunun hətta ailəsini də Bakıya gətirdiyini əlavə edib: “Petar ailəlidir, onları da bura gətirmişdi”.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir