“Sabah” və “Keşlə” klubları əsas komandanın bəzi üzvlərini əvəzedici heyətə göndərib.
Apasport.az saytının məlumatına görə, paytaxt klublarının ikinci komandaları bu gün keçirilən I divizionun XV turunun qarşılaşmasında üz-üzə gələcək.
Saat 14:30-da başlayacaq matçın start heyətində klubların hərəsinin əsas komandasının bir üzvü yer alıb. Meydan sahibləri legioneri Mixail Erqemelidzeni diviziona göndərib. Qonaqlar isə Amil Yunanova divizionda şans verəcək. Bir vaxtlar milli komandaya da çağırılan hücumçu bu gün start “11-lik”də yer alıb.
Qeyd edək ki, görüşün baş hakimi də FİFA referisi Elçin Məsiyev olacaq.