“Sabah” Antalyada ilk yoxlama oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Bakı klubu Macarıstan təmsilçisi “Pakş”la üz-üzə gəlib.
Hesab ilk yarının ortalarında açılıb. Xulio Sezar Rodriges macarların qapısına 29-cu dəqiqədə yol tapıb.
Paytaxt təmsilçisi üstünlüyünü qoruya bilməyib. Macarıstan klubu 81-ci dəqiqədə vurulan qolla məğlubiyyətdən qaçıb – 1:1.
Qeyd edək ki, "Sabah"ın daha bir oyununun vaxtı bəllidir. Paytaxt klubu yanvarın 24-də Serbiya təmsilçisi “Mladost”la (Luçani) üz-üzə gələcək. Bakılıların bir matçdakı rəqibi isə hələ dəqiqləşməyib.
Yoxlama oyunu
15 yanvar
17:30. “Sabah” – “Pakş” (Macarıstan) - 1:1
Xulio Rodriqes, 29