“Sabah”a keçidi rəsmiləşdi - Yevgeni Koçukun
28.01.2020 - 15:25
 “Sabah”a keçidi rəsmiləşdi - Yevgeni Koçukun

Moldovalı futbolçu Yevgeni Koçukun “Sabah”a keçidi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, Moldova millisinin yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb. 

O, 2021-ci ilin yayına qədər Bakı təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, 26 yaşlı futbolçu karyerası ərzində “Daçiya” (Moldova) və “Jilina” (Slovakiya) klublarının uğurları üçün çalışıb. Onun son komandası “Səbail” olub. Koçuk 2015-ci ildən şərəfini qoruduğu Moldova millisində 19 oyun keçirib.