“Sabah”da itki – “Neftçi”ni görməyəcək
21.02.2022 - 22:01
“Sabah”da itki – “Neftçi”ni görməyəcək

Premyer Liqanın XVI turu bir futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

Apasport.az saytının məlumatına görə, yeganə cəzalı “Zirə” – “Sabah” matçında belə duruma düşüb.

Bu, qonaqların futbolçusu Fofana Tiemokodur. O, komandasının 0:2 hesabı ilə uduzduğu qarşılaşmada sarı vərəqə ilə cəzalanıb.

Bu, legionerin mövsümdə 4-cü xəbərdarlığıdır. O, XVII turun “Neftçi” ilə ev matçını buraxacaq.

Qeyd edək ki, “Sabah” – “Neftçi” görüşü fevralın 27-də keçiriləcək.