“Sabah”da rəhbərliyin tapdığına Murad Musayev qiymət verəcək – YALNIZ BİZDƏ
01.12.2021 - 15:29
“Sabah”da rəhbərliyin tapdığına Murad Musayev qiymət verəcək – YALNIZ BİZDƏ

Son vaxtlar yüksəlişdə olan “Sabah”ın transfer gündəmində yer alan daha bir futbolçunun adına aydınlıq gəlib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, Bakı klubu hücum xəttini yenə afrikalı oyunçu ilə gücləndirmək niyyətindədir.

Klub rəhbərliyi “Orenburq”un forvardı Abdulaye Dialloya elçi düşüb. Bakılılar 25 yaşlı seneqallının durumu ilə maraqlanmağa başlayıb. Ancaq bu məsələdə son sözü baş məşqçi Murad Musayev deyəcək. 38 yaşlı mütəxəssis keçidə razılıq verərsə, o zaman Rusiyanın birinci divizion təmsilçisi ilə danışıqlara başlanılacaq.

Qeyd edək ki, “Orenburq”a bu ilin yayında “Rux”dan keçən Abdulaye Diallonun müqavilə müddəti mövsümün sonuna qədərdir. O, cari mövsüm çempionatda keçirdiyi 14 oyunda 1 qol, 1 assistlə yadda qalıb.