“Sabah”dan antirekord
03.02.2020 - 10:50
“Sabah”dan antirekord

Bakının “Sabah” klubu Premyer Liqada ardıcıl 3-cü məğlubiyyətini alıb. 

Apasport.az saytının məlumatına görə, mövsümün ilk yarısını “Qarabağ”a 0:1, “Neftçi”yə 0:2 hesablı məğlubiyyətlərlə başa vuran paytaxt təmsilçisi XV turda “Zirə”dən 2 cavabsız qol buraxıb. 

Hər üç qarşılaşmada quru hesabla məğlub olan bakılılar ikinci mövsümünü keçirdiyi Premyer Liqada klub antirekorduna imza atıblar. İndiyədək “Sabah” ardıcıl 3 oyunda xalsız qalmamışdı. 

Əvvəlki mövsüm yarımda komandanın ardıcıl iki məğlubiyyət almasına 8 dəfə təsadüf olunsa da, seriya 3-ə çatmamışdı.