AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, toplantıda I divizionun X turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.
Xüsusən də, “Qaradağ Lökbatan” – “Sabah-2” oyununda yaşananlar diqqət çəkib. Meydan sahiblərinin 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra “Sabah”ın futbolçuları stadiondakı dəhlizin qapısının şüşəsini sındırıblar. Bu, bakılıların 240 manat cərimələnməsinə səbəb olub. Vurulmuş zərər “Sabah-2” tərəfindən qarşılanmalıdır.
“Sumqayıt-2” – MOİK görüşündə təcili tibbi yardım nümayəndəsi oyuna təyin olunan vaxtdan gec gəldiyi üçün meydan sahibləri 160 manat cərimələnib.
“Qarabağ-2” – “Zaqatala” qarşılaşmasında isə polis nümayəndəsi oyunöncəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün birincilər 40 manat cərimə ödəməli olacaq.