"Sabah"ın idman direktoru vəzifəsindən ayrıldı
27.02.2020 - 16:42
"Sabah" Futbol Klubunun rəhbərliyində dəyişiklik olub.
Apasport.az saytının məlumatına görə, klubun idman direktoru Emin Abbasov postunu tərk edib.
O, öz istəyi ilə tutduğu vəzifədən ayrılıb.
Qeyd edək ki, Emin Abbasov "Sabah"da 2018-ci ildən çalışırdı.
0
0