Mövsümün ikinci yarısına hazırlıqları Türkiyənin Antalya şəhərində davam etdirən “Sabah” bu gün toplanış çərçivəsində növbəti oyununa çıxıb.
Apasport.az saytının məlumatına görə, Bakı klubu qardaş ölkədə ikinci sınaq matçını keçirib.
Baş məşqçi Murad Musayev yetirmələrini Ukraynanın yüksək liqa təmsilçisi “Zarya” ilə qarşılaşmada yoxlayıb. “Titatik Deluxe Football Center”in stadionunda baş tutan matçın ilk hissəsində qol vurulmayıb. Ukraynalılar 76-cı dəqiqədə hesabı açsa da, sona 7 dəqiqə qalmış Kamran Quliyev "Sabah"ın imdadına yetişərək, komandanı məğlubiyyətdən xilas edib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, “Sabah” Antalya toplanışındakı ilk yoxlama oyununda Macarıstanın “Pakş” klubu ilə də qollu bərabərə qalıb - 1:1. Premyer Liqa təmsilçisi son sınağını yanvarın 25-də “Mladost”a (Luçani, Serbiya) qarşı verəcək.
Yoxlama oyunu
20 yanvar
18:00. “Sabah” – “Zarya” (Ukrayna) - 1:1
Qol: Kamran Quliyev, 83
“Titatik Deluxe Football Center”