“Sabah”ın müdafiəçisi Slavik Alxasov mövsümün sonunda komandasını dəyişəcək.
Apasport.az saytının məlumatına görə, Bakı klubu 29 yaşlı futbolçuya özünə klub axtarmaq üçün icazə verib.
Paytaxt təmsilçisi onunla mövsümün sonuna qədər olan müqavilənin yenilənməyəcəyini oyunçuya bildirib. Baş məşqçi Murad Musayevin gələcək planlarında yer almayan cinah müdafiəçisi növbəti mövsüm yenidən “Keşlə”nin formasını geyinə bilər. Şamaxıya köçməyə və bu ad altında çıxış etməyə hazırlaşan klub keçmiş oyunçusunun dönüşündə maraqlıdır.
Qeyd edək ki, Slavik Alxasov 2016-2020-ci illərdə “Keşlə”də çıxış edib.