“Sabah”ın hücumçusu Kevin Kubembanın debütü gözləniləndən gec olacaq.
Apasport.az saytının məlumatına görə, buna səbəb fransalı futbolçunun sağalma prosesinin ləng getməsidir.
Mövsümlərarası fasilədə Türkiyədəki təlim-məşq toplanışı zamanı zədələnən 27 yaşlı oyunçunun ayağında sınıq aşkarlanmışdı. Növbəti dəfə tibbi müayinədən keçən Kubembanın ayağında sümük birləşməsinin ləng getdiyi üzə çıxıb. Bu üzdən oyunçu hələ də məşq edə bilmir. Həkimlər onun mövsümün sonlarına yetişəcəyinə ümid edirlər. Ancaq sağalma prosesi yavaş getdiyindən, hücumçu cari mövsüm meydana çıxmaya bilər.
Qeyd edək ki, “Sabah”a ötən yay “Səbail”dən keçən Kevin Kubembanın paytaxt klubu ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
- “Real”da Arda Güler problemi – “Mbappe və Vinisiusdan qorxur”
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA