“Sabah”la “Sumqayıt”ın fərqi – futbolumuzun sabahı və dünəni
26.10.2020 - 12:29
“Sabah”la “Sumqayıt”ın fərqi – futbolumuzun sabahı və dünəni

Futbol klublarının orta yaş həddi müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, CİES futbol observatoriyası dünya klubları ilə bağlı araşdırmalarının nəticələrini açıqlayıb. 

Avropada Latviyanın “Metta” klubu ən gənc komanda olub – 20,7 yaş. “Jilina” (Slovakiya) 21,2 yaşla ikinci, “Qrotta” (İslandiya) və “Valmiera” (Latviya) üçüncü yerə şərikdir – 22,0 yaş.

Kipr “Anartosos”i isə ən “qoca”dır – 31,3 yaş. “Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Sivasspor” ikinci sıradadır – 31 yaş. Eyni göstəriciyə malik Litva “Suduva”sı ilk “üçlüy”ü qapayır.

Qeyri Avropa ölkələrinin klubları arasında Ekvador “Muşuk Runa”sı 31,6 yaşla ən qoca, Özbəkistan “Nasaf”ı isə 23,8 yaşla ən gəncdir.

Azərbaycan klubları arasında isə “Sumqayıt” hamıdan gəncdirsə, “Zirə” ikincidir. Futbolumuzun sabahı sayılan “Sabah” isə ən qoca komandadır.

1. “Sumqayıt” – 25,6
2. “Zirə” – 25,9
3-4. “Qəbələ” – 26,3
“Səbail” – 26,3
5. “Neftçi” – 26,4
6. “Qarabağ” – 27,0
7. “Keşlə” – 27,5
8. “Sabah” – 27,6
 

0