“Şamaxı” lazım olan sənədləri təqdim etdi, biz də onu UEFA-ya yolladıq”.
Bu barədə apasport.az saytına AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.
Assosiasiya rəsmisi adı dəyişdirilən klubun avrokuboklarda iştirakına icazə alması üçün qitə futbol qurumuna müraciət olunduğunu söyləyib: “Bu müraciət sırf klubun avrokuboklarda iştirakına icazə ilə bağlıdır. Çünki Avropa arenasında çıxış üçün fasiləsiz üç il eyni ad və eyni klub sahibinin rəhbərliyi altında oynamaq vacibdir. Lakin istisna hal da var. Əgər klub heç bir futbolçuya borcunun olmadığını sübut etsə və ad dəyişikliyinin səbəbini açıq şəkildə izah edə bilirsə, o zaman UEFA istisna tətbiq edir və icazə verir. Biz də bununla bağlı müraciət etmişik. Əvvəllər “Zirə” və “Sabah”la bağlı da belə hal yaşanmışdı”.
Elçin Məmmədovun sözlərinə görə, UEFA-nın bununla bağlı qərarı martın sonu və ya aprelin əvvəlinə qədər çəkə bilər.
Qeyd edək ki, əvvəlki adları “Xəzər Universiteti” və “İnter” olan “Şamaxı” 2017-ci ildən bəri “Keşlə” adı altında fəaliyyət göstərib.