“Şamaxı”nın baş məşqçisi: “Məğlubiyyətləri unutdurmaq lazımdır”
03.05.2022 - 18:35
“Məyus oldum ki, qələbə qazana bilmədik”.
Apasport.az saytının məlumatına görə, bunu “Şamaxı”nın baş məşqçisi Rüstəm Əliyev deyib.
Gənc çalışdırıcı Azərbaycan Premyer Liqasının XXV turunun “Səbail”lə ev oyunundan (0:0) sona matç barədə fikirlərini “CBC Sport”a açıqlayıb: “Sevindiricidir ki, döyüşkənlik gördüm. Məşqlərdə çalışdıqlarımızı gerçəkləşdirdik. Səbirli olub məğlubiyyətləri unutdurmaq lazımdır. Azarkeşlərimizi sevindirməliyik. Bizə elə gəldi ki, həmin epizodda penalti idi. Amma yenə də təkrara baxmaq lazımdır”.
0
0