“Şamaxı”nın futbolçuları kotteclərdə qalacaq
06.04.2022 - 13:58
“Şamaxı”nın futbolçuları kotteclərdə qalacaq

“Şamaxı”nın ev oyunları zamanı məskunlaşacağı məkan müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, adını dəyişərək “Şamaxı” olan sabiq “Keşlə” təmsil edəcəyi şəhərdə oteldə qalmayacaq.

Yeni ad altında yeni stadionda ilk matçını Premyer Liqanın XXII turu çərçivəsində “Neftçi”yə qarşı keçirəcək komanda qarşılaşmadan bir gün əvvəl Şamaxıya yollanacaq və oradakı Olimpiya Kompleksində qalacaq.

Maraqlısı burasındadır ki, şəhərdə otellər olmasına baxmayaraq, futbolçular oyunöncəsi gecəni kompleksin kotteclərində keçirəcək. Bu seçimin səbəbi dəqiq bilinməsə də, bunun maliyyə ilə əlaqədar olduğunu təxmin etmək çətin deyil. Hər halda kotteclərin qiyməti oteldən qat-qat ucuz olar.

Qeyd edək ki, aprelin 9-da Şamaxı şəhər stadionunda keçiriləcək “Şamaxı” – “Neftçi” matçı saat 14:00-da başlayacaq.