“Sampdoriya”da yeni baş məşqçi
19.01.2022 - 17:07
“Sampdoriya”da yeni baş məşqçi

İtaliya “Sampdoriya”sının yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisini Marko Campaolo çalışdıracaq.

Mütəxəssislə 2024-cü ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. O, 2016-19-cu illərdə də “Sampdoriya”ya rəhbərlik edib.

Qeyd edək ki, Genuya təmsilçisi iki gün əvvəl Roberto Daversanı istefaya göndərib.