“San Paulo”nun hücumçunu istəyir – “Yuventus”
26.12.2020 - 15:11
İtaliyanın “Yuventus” klubu heyətini braziliyalı hücumçu ilə gücləndirmək istəyir.
Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi “San Paulo”nun forvardı Brenner Souza da Silva ilə maraqlanır.
İtaliya çempionu 20 yaşlı oyunçunu qış fasiləsində transfer etmək üçün “sambaçılar”la danışıqlara başlayıb. Brennerin transfer qiyməti 1,3 milyon avro qiymətində dəyərləndirilir. “San Paulo”da 2017-ci ildə debüt edən hücumçunun klubu ilə müqavilə müddəti 2022-ci ilə qədərdir.
Qeyd edək ki, Brenner Souza da Silva bu mövsüm 20 oyunda 9 qol vurub, 3 məhsuldar ötürmə verib.
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
0
0