“Xorvatiyaya məğlubiyyətdən sonra Rusiya ilə qarşılaşmaya köklənmək psixoloji cəhətdən çox çətin idi”.
Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.
Braziliyalı mütəxəssis DÇ-2020-nin seçmə mərhələsinin elit-raundunun Rusiya ilə matçı barədə fikirlərini açıqlayıb. O, 4:3 hesablı qələbədən məmnun qaldığını bildirib: “Səhər oyunla bağlı tapşırıqları verən zaman dedim ki, Xorvatiya yığmasına qarşı da yaxşı oynamışdıq. İndi konsantrasiyanı və dəqiq zərbələrin sayını bir qədər artırmalıyıq. Rəqibimizin gücü, dünya futzalındakı yeri haqda danışmaq artıqdır. Biz bu gün vacib olanı – yaratdığımız epizodları realizə etməyi bacardıq. Halbuki ilk oyunda bunu edə bilmədik və məğlub olduq. Əlbəttə, komandanın oyunundan razı qaldım. Final mərhələsinə vəsiqə qazanmaq üçün şansımız davam edir. Hətta bunu rəqəmlə ifadə etsək, 50-nin 50-yə olduğunu deyə bilərəm. Bizim üçün vacib olan Slovakiya millisini məğlub etməkdir. Bunu bacardıqdan sonra, Rusiya - Xorvatiya oyunu haqda danışmaq, qrupumuzdakı vəziyyəti təhlil etmək olar”.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı