“Şaxtyor”dan Braziliyaya
09.04.2022 - 15:07
Ukrayna “Şaxtyor”unun daha bir futbolçusu özünə yeni klub tapıb.
Apasport.az saytının məlumatına görə, bunu Donetsk təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Braziliyalı Vitao karyerasını vətənində davam etdirəcək. Müdafiəçi “İnternasional”a icarəyə verilib. Anlaşma mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, Vitao cari mövsümdə 15 oyun keçirib.
0
0